Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sosial

04 Sentyabr 2024 21:56 376


Azərbaycanın dörd rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən bildirilib.

"Qaz İxrac" İdarəsinə məxsus "Yevlax-Şəki-Balakən" yüksək təzyiqli magistral qaz kəmərinin 83.0-cı km-də 50 p/m uzunluğundan olan yeni çəkilmiş yüksək təzyiqli qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi məqsədilə sentyabrın 5-i saat 09:00-dan etibarən işlər başa çatanadək "Aşağı Göynük", "Qax", "Əliabad", "Zaqatala", "Makov", "Katex" və "Balakən" QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır. pizza hut

Təmir işləri aparılan müddətində Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!