Şakira həbs oluna bilər

saytların hazırlanması

Evə çatdırılma

Şakira həbs oluna bilər

Dünya

27 May 2022 08:00 891


Kolumbiyalı müğənni Şakira vergidən yayınma ittihamı ilə İspaniyada mühakimə olunacaq.

Məhkəmə 14,5 milyon avro vergidən yayınmaqda günahlandırılan Şakiranın etirazlarını rədd edib və onun mühakimə olunmasına qərar verib.

Müğənninin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər dəlil olduğu qənaətinə gəlinib. pizza mizza

Prokurorluq 2012-2014-cü illərdə 14,5 milyon avroluq vergidən yayınma ittihamı ilə Şakiraya qarşı 6 müxtəlif ittiham üzrə cərimə və həbs cəzası tələb edir.

Şakiranın işi ilə məşğul olan hüquq firması açıqlama verərək bildirib ki, kolumbiyalı müğənni “qüsursuz olduğu üçün günahsızlığını müdafiəyə davam edəcək”.

Həmçinin əlavə edilib ki, “müdafiə tərəfinin irəli sürdüyü iddialar məhkəmə tərəfindən rədd edilməyib və adi proses davam edir”. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!