“İran rejimi təbliğat mərkəzlərinin Azərbaycanda ictimai-siyasi pozuculuq salmaq məqsədi ilə ortaya atdığı "Kərimi dövləti" oyunundan sonra daha bir, "Salam Fərmandeh" təbliğatı başlayıb”.
“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə siyasi analitik İlqar Altay çıxış edib. Onun sözlərinə görə, suallar var ki, bu, "Salam, Fərmandeh" təbliğatı nə mahiyyət, hansı məna və məqsəd daşıyır.
İlqar Altay bu suala belə cavab verib: pizza hut
“Bu bir, İran teokratik (dini) hakimiyyət rejiminin ideologiyasının xüsusilə mühüm təbliğatı üçün nəzərdə tutulan himnidir. Faktiki olaraq əslində bu, Xameneiyə sədaqət andıdır. Sözləri belədir:
- Salam Fərmandeh, yəni, salam Komandan! (Xameneiyə ünvanlı).
- Baxma ki, yaşım azdır, ata-anamı sənə fəda edərəm! Sənin üçün hər şey, hər şey edərəm!
- Bu qeyrətli nəsil sənin əmr çağırışını gözləyir!
- Əhd bağlayıram ki, bir gün sənə lazım olum, Hacı Kasimin (Suleyimani) olum. Adsız əsgərin kimi xidmətində fədaya və inqilaba hazır olum.
Videoda, Azərbaycanda çəkilmiş 2-ci hissədə Fərmandeh məclisində bu cür təbilağata cəlb olunmuş cavan vətəndaşlarımızın yad şüarları:
- Seyid Əli (ali komandan Xamenei) ağamın döyüşkən ləşkəri (ordusu) hüzurunda hazırdır!
Budur bax, "Fərmandeh" təbliğatının bizim bu körpə uşaqların, gənc nəslin beynini çevirərək, tərbiyəsini, əxlaqını Azərbaycan vətənçiliyi və dövlətçiliyindən tam başqa bir rejimin itaətinə yönəltmə mahiyyəti. O rejimin ki, bizim ölkənin separatizm ilə parçalanmasına, bizim dövlətin çöküşünə, ərazimizin erməni işğalına çalışmış.
Azərbaycanın içində başqa, yad quruluşlu və məkrli dövlətin antiazərbaycan ideologiyasını Azərbaycan gənclərinin beyninə yeritmə yəni, özümüzdən özümüzə düşmən yetişdirmkədir bu kimi cəhdlər. Bunlara qəti, son verilməlidir.
Fikrimcə artıq, dövlət və onun xüsusi xidmət, güc strukturları və xalq, cəmiyyət olaraq dini, və həm də, məhərrəmlik kimi mərasimlərdən Azərbaycana qarşı təbliğat üçün istifadənin qarşısını anındaca almalıyıq. Kim, hansı ölkə, millət öz vətənində, özünə qarşı buna dözər?”.
Telegram kanalımız