“Salam Sarvan gənc yazıçılara araq içirdir” –   Rəşad Məcid 

saytların hazırlanması

Evə çatdırılma

“Salam Sarvan gənc yazıçılara araq içirdir” – Rəşad Məcid 

Yazar

18 İyun 2019 16:21 2007


"Çox təəssüf edirəm ki, vaxtilə gözəl şeirlər yazmış Salam Sarvan indi vodkanın əsiridir. Onun nankorluğu barəsində əfsanələr dolaşır. Kamal Abdulla, Anar, AYB Salam Sarvana çox kömək edib, amma o onlara qarşı nankorluq edib. Məncə, belə adama baş qoşmağa dəyməz”. 

“Yeni Sabah” kulis.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid deyib. 

Onun sözlərinə görə, Salam Sarvan gənc yazıçılara araq içirdir: "Onların psixologiyasına təsir göstərir. Orxan Həsənini, Rəvan Cavidi, digər gənc yazarları Salam Sarvandan uzaq durmağa çağırıram. O yolun sonu yoxdur.” Toyuqlu pizza

Qeyd edək ki, şair Salam Sarvan gənc yazar Elşad Baratın AYB-dən qovulmasına barədə özünün sosial şəbəkədəki hesabında status yazmışdı. O, statusda Rəşad Məcidin də ünvanına sərt ittihamlar səsləndirmişdi: "Elşad Baratı AYB-dən çıxarılması münasibətilə təbrik edirəm. Əşi, yaxşı bir yer olsaydı, mən üç il qabaq çıxmazdım ki o təşkilatdan. Onsuz da növbəti qurultayda Anar müəllimin özünü də oralardan uzaqlaşdıracaqlar. Çingiz Abdullayevlə Rəşad Məcidi isə AYB-nin ədalətli üzvləri imza toplayıb Birlikdən qovdurmalıdırlar - istedadsız olduqlarına görə. Çün istedadsız ola-ola yaradıcılıq ocağı sayılan bir quruma soxulmaq ayıbdı, üstəlik bu adamların həmin qurumda söz sahibi olmasını həzm eləmək təşkilat üzvləri üçün diskomfortdu”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!