Salam Sarvan ictimai birlik yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Salam Sarvan ictimai birlik yaratdı

Mədəniyyət

12 Oktyabr 2019 09:05 1551


Şair Salam Sarvan “Fikir” adlı ictimai birlik təsis edib. 

"Yeni Sabaha"a birlikdən verilən məlumata görə, yaxın vaxtlarda ciddi layihələrə start veriləcək. Əsas hədəf Azərbaycanın mədəni məkanında baş verən hadisələrə dürüst, hər cürə konyukturadan uzaq münasibətin formalaşmasına təkan vermək, təbliğ ediləcək mədəni dəyərlərin seçimində ədalətə əsaslanmaqdır. 

Əsas istiqamətlərdən biri də ədəbi mühitdəki, ədəbiyyat təsərrüfatındakı böyük xaosda vicdanlı təhlillər, şəffaf müsabiqələr yoluyla aydınlıq yaratmağa çalışmaq, ictimai rəyin çaşdırılmasına imkan verməmək, layiqlilərin haqlarını önə çəkməkdir. pizza hut

Qeyd edək ki, “Fikir” ictimai birliyi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!