“SalamNews” və “İnteraz”da əməliyyat: Saxlanılanlar var

saytların hazırlanması

Evə çatdırılma

“SalamNews” və “İnteraz”da əməliyyat: Saxlanılanlar var

Kriminal

31 Yanvar 2023 15:04 1191


Bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.

APA-nın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən “SalamNews” İnformasiya Agentliyi və “İnteraz”da əməliyyat keçirilib.

Əməliyyat nəticəsində 6 nəfər saxlanılıb. Pepperoni pizza

Qeyd edək ki, informasiya vasitələri İranın siyasətinin təbliğatı ilə məşğul olub, daha çox İranın maraqlarından çıxış ediblər.

Əməliyyatla bağlı hələlik hər hansı rəsmi informasiya verilməyib.

***

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərin adları da məlum olub.

Bununla bağlı APA məlumat yayıb.

Xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A.T.Kərimov, E.A.Rəhimov, İ.Ə.Ələkbərov, M.N.Cəfərov, H.H.Cabbarlı, F.S.Əbdülov və A.Ə.Cümşüdov şübhəli şəxs qismində tutulublar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!