Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov 19 aprel 2019-cu il tarixində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində vətəndaşları qəbul edib.
“Yeni Sabah” xəbər verir ki, Saleh Məmmədov və dövlət agentliyinin kollektivi ilə Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin tam orta məktəbində müəllim və şagirdlərlə görüş keçirilib. Görüş zamanı məktəbə dövlət agentliyi tərəfindən kompüter dəstləri və məktəbli geyimləri hədiyyə olunub.
Cocuq Mərcanlı kəndində yerləşən “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin binasında keçirilən qəbulda Cəbrayıl, Xocavənd və Füzuli rayonlarından olan 16 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. pizza
Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən AAYDA-nin İdarə heyətinin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Telegram kanalımız