Saleh Rüstəmli aclığı dayandırdı 

saytların hazırlanması

Evə çatdırılma

Saleh Rüstəmli aclığı dayandırdı 

Siyasət

16 Dekabr 2021 14:28 849


Gədəbəy rayon İcra Hakimiyyətinin həbsdəki sabiq başçısı Saleh Rüstəmlinin bir aydan çoxdur davam etdirdiyi aclıq aksiyasını bu gün dayandırdığı barədə xəbər yayılıb.

Yenisabah.az-ın məlumatına görə, xəbəri sosial şəbəkədə müxalif hüquq müdafiəçisi, “Müdafiə xətti” təşkilatının üzvü Rüfət Səfəov ictimailəşdirib.

“Bunu həkim Adil Qeybulla indicə telefonda mənə söylədi. 10 dəqiqə öncə  Saleh bəyin yanından çıxıb”,-deyə R.Səfərov qeyd edib. pizza mizza

Qeyd edək ki, Saleh Rüstəmli 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

S.Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.

O, qanunsuz həbs edildiyini bildirərək, 1 aydan çoxdur aclıq aksiyası keçirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!