Çin məsul oyunçu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Tehrana təsirindən istifadə etməyə borcludur.
Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
Xarici Əlaqələr Şurasında çıxışı zamanı bildirib ki, rəsmi Pekin Tehrana, eyni zamanda, Tehran da husilərə təsirindən istifadə edə bilər. pizza sifarişi
Sallivan əlavə edib: “Bu elə bir məsələdir ki, ölkələrin, xüsusən, BMT Təhlükəsizlik Şurasının daimi nümayəndələrinin xüsusi öhdəlikləri və onları yerinə yetirməli olduğuna inanırıq”.
Telegram kanalımız