Salyanda 8 yaşlı qızı maşın vurdu

Salyanda 8 yaşlı qızı maşın vurdu

Hadisə

25 Oktyabr 2019 21:28 829


Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin X.R. Ulutürk prospektində qeydə alınıb. 

Belə ki, Salyan şəhər sakini, 2011-ci il təvəllüdlü Qədirova Xədicə Məhəbbət qızı yolu keçmək istərkən “BMW” markalı avtomobil onu vurub. 

Azyaşlı qız Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. /report.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!