Salyanda kürəkən qaynatasından oğurluq etdi

saytların hazırlanması

Evə çatdırılma

Salyanda kürəkən qaynatasından oğurluq etdi

Kriminal

19 Fevral 2019 00:40 995


Salyanda kürəkən qaynatasına məxsus qaramal cinsli heyvan oğurlayıb.

Rayonun Kürqaraqaşlı kənd sakini Gülağa Salman oğlu Salmanov polis şöbəsinə müraciət edərək, ona məxsus  2500 manat dəyərində 1 baş iribuynuzlu qaramal və onun 500 manat dəyərində olan 5 aylıq balasının oğurlanması barədə şikayət ərizəsi ilə müraciət edib.

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, rayonun Arbatan kəndində yaşayan Rəhimov Rabil Qəribağa oğlu, tanışı - Lerik rayonunun Züvüç kənd sakinləri Quliyev Müşfiq Şirməmməd oğlu və qardaşı Quliyev Xoşbəxt Şirməmməd oğlu Masallıda heyvan bazarında oğurladıqları qaramalı satmaq istəyərkən saxlanılıb. Marqarita pizza

İlkin istintaq zamanı məlum olub ki, oğurluqda şübhəli bilinən R.Rəhimov şikayətçi Gülağa Salmanovun kürəkənidir.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.  

Virtualaz.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!