Salyanda quldurluq etmiş şəxs yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

Salyanda quldurluq etmiş şəxs yaxalandı

Kriminal

30 Yanvar 2023 09:25 709


Salyanda quldurluq edən şəxs saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, hadisə ötən ilin dekabr ayında rayon ərazisində yerləşən evlərdən birində baş verib. Şübhəli bilinən rayon sakini Yaşar Məmmədovdur. Həmin şəxs ilkin dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, Y.Məmmədov tanışı, hazırda qeyd edilən hadisəyə görə həbs olunmuş Aydın Nəzərovla qabaqcadan əlbir olaraq ötən il dekabrın 18-də səhər saatlarında Salyan rayonu ərazisində yerləşən evlərin birinə basqın ediblər. Ev sahibinə hədə-qorxusu gələrək qızıl-zinət əşyaları və pul tələb edən həmin şəxslər quldurluq əməlini törədərək həmin ünvanı tərk edib. Toyuqlu pizza

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!