Salyanda yol qəzasında xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Salyanda yol qəzasında xəsarət alanlar var

Hadisə

22 May 2020 20:59 827


Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “Hyundai” markalı avtomobil “KamAZ” markalı yük maşının arxa hissəsinə çırpılıb, sonra minik maşını idarəetməni itirərək yolun kənarındakı beton maneəyə çırpılıb. Nəticədə “Hyundai”də olan Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Məmmədova Elvira Soltanəli qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. pizza sifarişi

Faktla bağlı araşdırma aparılır.   /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!