Şamaxı İH-dan yanğınla bağlı məlumat -   200 hektar sahə yanıb

saytların hazırlanması

Evə çatdırılma

Şamaxı İH-dan yanğınla bağlı məlumat - 200 hektar sahə yanıb

Rəsmi

13 İyun 2019 09:42 1627


Şamaxı Rayon İcra Hakimiyyəti rayonda baş verən yanğınla bağlı məlumat yayıb. 

İH-dən "Yeni Sabah"a bildirilib ki, iyunun 12-də saat 23:00 radələrində Şamaxı rayonunun Göylər kəndinin ərazisində təxminən 150 ailəyə (600 nəfərə) məxsus 60 ha biçilməmiş, 100 ha biçilmiş taxıl və 40 ha otlaq sahəsində yanğın baş verib.

Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən hadisənin qarşısının alınması, yanğının ətraf kəndlərə və ərazilərə yayılmaması istiqamətində operativ tədbirlər həyata keçirilib. pizza sifarişi

Əraziyə Şamaxı, Qobustan, Hacıqabul, Ağsu, İsmayıllı və Kürdəmir rayonlarından yanğınsöndürmə texnikaları və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq texnikaları cəlb edilib. Yanğının bloklaşdırılması məqsədi ilə traktorlar vasitəsilə hadisə baş verən sahənin ətrafı şumlanıb, yanğının ətraf ərazilərə yayılmasının qarşısı tamamilə alınıb.

Yanğın iyunun 13-də saat 04.20 radələrində söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, yanğın baş verən ərazidə yerləşən 1,5 km uzunluqda, 2 il bundan əvvəl relsləri sökülmüş köhnə dəmiryolu şpalları da qismən yanıb.

Yanğın nəticəsində dəymiş ziyan və hadisənin səbəbləri üzrə hazırda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!