Şamaxıda FACİƏ: Ustanı “tok“ vurub öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda FACİƏ: Ustanı “tok“ vurub öldürdü

Hadisə

20 May 2022 12:19 814


Mayın 19-u saat 10 radələrində Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 1969-cu il təvəllüdlü Cahangir Tanrıverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Şamaxı rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, "Aztelekom" MMC-nin Dağlıq Şirvan Regional Telekommunikasiya Qovşağının Şamaxı şöbəsinin Çuxuryurd məntəqəsində elektrik təmirçisi vəzifəsində işləyən Cahangir Tanrıverdiyev qeyd edilən tarixdə telefon xəttinin çəkilişini həyata keçirən zaman telefon naqilinin yüksək gərginlikli elektrik naqilinə toxunaraq elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma aparılır. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!