Şamaxıda ana üç aylıq uşağını zəhərləyib.
"Yeni Sabah" Oxu.Az-a istinadən bildirir ki, hadisə rayonun Sabir qəsəbəsində qeydə alınıb.
2019-cu il təvəllüdlü Rəhimov Cəlan Cəlil oğluna anası gecə saatlarında qida əvəzinə butulkada olan kerosin (neft) verib. Sezar pizza
Ana səhvini anlayıb və körpə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətirilib.
Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov sayta açıqlamasında bildirib ki, uşağın vəziyyəti həddindən artıq ağırdır:
“Biz problemi aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edirik”.

Telegram kanalımız