Şamaxıda birlikdə ova getdiyi dostunu güllələdi

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda birlikdə ova getdiyi dostunu güllələdi

Kriminal

25 Avqust 2019 15:48 1079


Şamaxıda ova gedən şəxs ehtiyatsızlıqdan öz dostunu vurub.

“Yeni Sabah” “Oxu.az”a istinadən xəbər verir ki, hadisə Şamaxıda meşəlik ərazidə baş verib.

 Axşam saatlarında ova gedən dostlar iz axtarmaq məqsədi ilə fərqli istiqamətlərə ayrılıblar. Sezar pizza

 Bu zaman ehtiyatsızlıq səbəbindən Şamaxı rayon Qızmeydan kənd sakini 1991- ci il təvəllüdlü Heybətov Rafiq Ağaxan oğlu dostunun açdığı atəş nəticəsində boyun nahiyəsindən yaralanıb.

 O, elə dostu tərəfindən Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib.

 R.Heybətovun vəziyəti ağırlaşdığından Bakıya göndərilib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

 Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!