Şamaxıda dəhşətli QƏZA: Bir nəfər öldü, üç azyaşlı xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda dəhşətli QƏZA: Bir nəfər öldü, üç azyaşlı xəsarət aldı

Hadisə

13 Avqust 2025 19:37 606


Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az-ın məlumatına görə, hadisə bu gün Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində qeydə alınıb.

Qeyd olunub ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Dördpendirli pizza

Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən ölüb, eləcə də 3-ü azyaşlı olmaqla 5 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!