Şamaxıda traktor piyadanı vurdu.
"Yeni Sabah" "Oxu.az"a istinadən xəbər verir ki, hadisə Şamaxı şəhərində qeydə alınıb. Rayon sakini, 1950-ci il təvəllüdlü Cəbiyeva Soltannisə Eyyub qızı yolu keçərkən onu traktor vurub. O, təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlər S.Cəbiyevanının vəziyyətini orta ağır qiymətləndirir. Hazırda onun cərrahiyə şöbəsindən müalicəsi davam etdirilir. Dördpendirli pizza
Hadisəni törədən sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız