“Zəlzələnin yenidən başvermə ehtimalı yoxdur. Təkrarlanma yalnız xırda təkanlar şəklində ola bilər”.
Bunu “Yen Sabah”a açıqlamasında Azərbaycan Milli Elmlər Aakademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, 4,7 maqnitudalı zəlzələnin ardınca 3.3 bal gücündə yeni təkan da qeydə alınıb: “Lakin qorxulu heç nə yoxdur. Avterşoklar hesabında enerji boşalması getməlidir ki, tarazlıq bərpa olunsun. Ümumiyyətlə, belə xırda təkanlar tez-tez baş verir. Azərbaycan seysmik zonada yerləşmir. Bizdə yalnız yüngül tərpənişlər baş verə bilər. Narahtlığa əsas yoxdur”. pizza hut
Qeyd edək ki, Şamaxı rayonunda 4,7 maqnitudalı zəlzələ qeydə alınıb. Yerli vaxtla 15:52-də qeydə alınan yeraltı təkanların dərinliyi 12 km olub.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
Aydan Hacı
Telegram kanalımız