Samik Babayev Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Samik Babayev Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Kriminal

21 Oktyabr 2025 23:33 607


"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Ukrayna vətəndaşı Babayev Samik Arif oğlunun oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Samik Babayevin qəsdən adam öldürmə cinayət əməli törədilməsində iştirakçı qismində çıxış etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilibdir. pizza sifarişi

Təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!