Aktyor, ssenarist Azər Aydəmir onun haqqında danışan aparıcı Samir Bayramlıya cavab verib.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, sənətçi Samirin “Səhərin səsi” proqramında dediyi “Ölkədə 5 film çəkilirsə, 6-sında Azər Aydəmir çəkilir. O birilərə də imkan verin. Ölkədə aktyor qurtarıb?” - sözlərinə münasibət bildirib.
Azər deyib ki, son dövrlər özü ideya müəllifi olduğu üçün daha çox ekranlarda görünür: pizza sifarişi
“Vallah, nə deyim? İmkanı verən elə Azərdir də. Öz filmlərimin təşəbbüskarıyam, özüm ərsəyə gətirirəm. Çalışıram ki, bütün istedadlı həmkarlarım filmlərimdə rol alsın, çəkilsin. Samir sadəcə olaraq iyerarxiyanı düzgün bölməyib. Yəni mən artıq imkan verənlərdən biriyəm.
Ümumiyyətlə, mən son dövrlər ideya müəllifi kimi çıxış edirəm. Ona görə də məni nə rejissor, nə də başqaları dəvət edir ki, filmlərdə çəkilim. Amma Samir ürəkdir. O, deyirsə, deməli, ekranlarda çox görünürəm. Bu, mənim problemim deyil. Bunda həqiqət payı var. Əsas tamaşaçı rəyidir”.
Telegram kanalımız