Samir Bədəlov işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Samir Bədəlov işdən çıxarıldı

Sosial

03 Fevral 2026 14:25 3042


Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) şəhər ərazisində qanunsuz küçə ticarətinə qarşı keçirilən reyd zamanı məşhurlaşan əməkdaşı Samir Bədəlovun vəzifəsi dəyişib.

“Yeni Sabah” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Zakir Fərəcov müvafiq əmr imzalayıb.

Belə ki, struktur dəyişikliyi nəticəsində icra hakimiyyətinin İstehsal və xidmət sahələri sektoru ləğv edilib. Buna görə də S.Bədəlov həmin sektordakı Baş məsləhətçi vəzifəsini itirib. pizza hut

Amma icra başçısı onu işsiz qoymayıb. Belə ki, başçının əmrinə əsasən, S.Bədəlov ŞİH-də yeni yaradılan Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin Memarlıq-tikinti məsələləri sektorunun Baş məsləhətçisi təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!