Samir Həziyev yüksək vəzifəyə   TƏYİN EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Samir Həziyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Rəsmi

13 Fevral 2025 18:48 2320


“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) kadr dəyişikliyi olub.

Yenisabah.az xəbər verir ki, ADY-nin Yük daşımaları departamentinə rəhbərlik Samir Həziyevə həvalə olunub. O, bu vəzifədə Emil Əhmədovu əvəz edib.

S.Həziyev 1982-ci ildə anadan olub. 2000–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavriat və magistratura pillələrini bitirib, daha sonra Dünya Bankının təqaüd proqramını qazanaraq ABŞ-nin Kolumbiya Universitetinin dövlət idarəçiliyi üzrə magistratura pilləsində təhsil alıb. Dominos pizza

S.Həziyev əmək fəaliyyətinə 2004-cü ildən Azərbaycan Mərkəzi Bankında iqtisadçı kimi başlayıb, sonra Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. O, 2018-ci ildə ADY-də fəaliyyətə başlayıb. 2021-ci ildən İnfrastruktur departamentinin rəis müavini vəzifəsində işləyib.

QSC-dən bildirilib ki, Emil Əhmədov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb. O, ADY-də 2016-cı ildə fəaliyyətə başlayıb, bir çox uğurlu layihələrin həyata keçirilməsinə və qurumun inkişafına böyük töhfə verib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!