Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşdü

Siyasət

16 May 2026 13:28 573


Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb.

"Yeni Sabah xəbər verir ki, mayın 16-da Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı Birgə Hökumətlərarası Komissiyanın həmsədri Samir Şərifov Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyasında iştirak üçün Bakıya gəlmiş Səudiyyə Ərəbistanının nümayəndə heyətinin rəhbəri, bələdiyyələr və mənzil naziri Məcid bin Abdullah əl-Hogaili ilə görüşüb.

Görüş zamanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsindən və Səudiyyə Ərəbistanının Forumda iştirakından məmnunluq ifadə olunub. pizza mizza

İki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.

Müasir şəhərsalmaya dair məsələlər, həmçinin Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadi münasibətlərin perspektivinə dair fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!