Samiraya görə imkanlı şəxslərə müraciət olundu

saytların hazırlanması

Evə çatdırılma

Samiraya görə imkanlı şəxslərə müraciət olundu

Şou

06 May 2019 15:08 1246


"Bu sənətə başqa ab-hava ilə gəldim. Şöhrət, pul üçün yox, sadəcə, oxumaq istədim. İncimişəm...".

"Yeni Sabah"-ın məlumatına görə, bu sözləri müğənni Samira Allahverdi "ATV maqazin onlarla"ya açıqlamasında deyib. Sənətdən uzaqlaşan və uzun müddətdir depressiya yaşayan ifaçı küskünlüyünü gizlətməyib:

"Kimləsə mübarizə aparmaq, nəyəsə etiraz etmək mənlik deyil. Sakitcə, kənara çəkilmişəm. Çıxıb nəsə deməkdənsə, kənarda dayanmışam. Unudulmaqdan qorxmuram". Dominos pizza

Samiranın sənətdən uzaqlaşmasına Əməkdar artist Tünzalə Ağayeva etiraz edib. Müğənni həmkarına dəstək olaraq "İstəmərəm Samira kimi keyfiyyətli müğənni fəaliyyətini dayandırsın. Onun üçün dua edirəm, güclü olsun. Oxuduğu mahnılar yaşayır. Sənətinə heç kim toxuna bilməsin, özünü ayaqda saxlasın. Üzümü tuturam imkanlı insanlara ki, yaxşı sənətkarlarımıza dəstək olsunlar" sözlərini deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!