Texnologiya sahəsinin divlərindən olan “Samsung” şirkətinin rəhbəri Koh Dong-Jin qatlanabilən telefonlarla bağlı gözlənilən açıqlama ilə çıxış edib.
"Yeni Sabah" "NTV"yə istinadən xəbər verir ki, rəhbər "Galaxy Fold" modelini tam hazır olmadan təqdim etdiklərini etiraf edib.
Onun sözlərinə görə, “Galaxy Fold” modelində problemlər var.
Testlər zamanı bir neçə ay əvvəl təqdimatı baş tutan telefon modelində xətalar ortaya çıxıb. Buna görə də “Galaxy Fold”un satışa çıxacağı tarix təxirə salınıb.
Telefonun satış qiyməti 1980 dollar (3366 AZN) olaraq müəyyən edilib.
Telegram kanalımız