Samuxda aviobomba aşkar edilib

saytların hazırlanması

Evə çatdırılma

Samuxda aviobomba aşkar edilib

Rəsmi

24 İyun 2019 14:20 1081


Samux rayonunda aviobomba aşkar edilib. 

Bu barədə "Yeni Sabah"a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyindən (ANAMA) məlumat verilib. 

Bildirilib ki, Daxili İşlər Nazirliyindən Agentliyə Samux rayonu, Qaraağaclı kəndi ərazisində aşkar olunmuş 1 ədəd mərminin zərərsizləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə məktub daxil olub. Pepperoni pizza

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə su kanalına baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd aviobomba (FAB-50) aşkar olunaraq Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aviobombanın ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!