“Sanki torpaqlarımızı Ermənistanın deyil, İranın işğalından azad etmişik” 

saytların hazırlanması

Evə çatdırılma

“Sanki torpaqlarımızı Ermənistanın deyil, İranın işğalından azad etmişik” 

Siyasət

19 Oktyabr 2021 15:56 2516


“İran-Azərbaycan münasibətlərinin tarixində Azərbaycan Respublikasının müstəqilliyi bərpa olunandan bu yana ən gərgin dövrü yaşayırıq”.

“Yeni Sabah” xəbər verir ki, bunu “AzPolitika.info”ya müsahibəsində sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib. O, bildirib ki, II Qarabağ müharibəsindən sonra yaranan status-kvoya görə Tehranın narazılığı açıq-aydın görünür. Bu reallığı qəbul etmədiklərini də son zamanlar dilə gətirir və hərəkətlərində nümayiş etdirirlər:

“Sözsüz ki, İran Azərbaycanla Ermənistan arasında komunikasiyaların açılmasına, ələlxüsus Zəngəzur dəhlizinə görə narazılıq edir. Elə şərait yaranıb ki, biz sanki öz torpaqlarımızı Ermənistanın deyil, İranın işğalından azad etmişik.  Dominos pizza

Bununla yanaşı, güman edirəm ki, bu gərginliyin toqquşma fazasına keçmə ehtimalı azdır. Nəzərə alsaq ki, Azərbaycan və Ermənistan arasında yeni saziş gözlənilir və bu saziş iki ölkə arasında münasibətləri tənzimləyəcək, bu halda İranın yaranmış reallıqla barışması və onu qəbul etməsi labud olacaq. 

Əks təqdirdə İranın qlobal izolyasiyasına onun regional izolyasiyası da əlavə olunar. Vətəndaş olaraq mən öz dövlətimizin maraq və mənafelərini sözsüz ki, üstün tuturam. Amma bu təəssübkeşliyi bir kənara qoysaq belə, İran bu məsələdə haqsızdır, beynəlxalq hüquqa zidd hərəkət edib, qonşuluq prinsiplərinə zidd davranıb, islam həmrəyliyi məsələsində uyğunsuz yanaşma ortaya qoyub. 

Odur ki, İran bu mövqeyini dəyişməli, hətta düşünürəm ki, münasibətlərin pisləşməsində məsuliyyəti olan rəsmilərini istefaya göndərməlidir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!