“Bu, bir növ məlum qüvvələrin Türkiyəyə təzyiqidir. Yəni bəllidir ki, Türkiyənin, daha doğrusu, Ərdoğanın siyasi xətti Qərbdə bir çoxlarını qane etmir. Müxtəlif imkanlardan istifadə edilərək Türkiyəyə qarşı daim belə addımlar atılır. İstər siyasi, istər iqtisadi, hərbi və ya texnoloji sahələrdə...”
Bu fikirləri Moderator.az-a açıqlamasında son günlər daha da gərginləşən Türkiyə-Yunanıstan münasibətləri haqda danışan sabiq baş diplomat Tofiq Zülfüqarov söyləyib.
“Biz görürük ki, son illərdə Türkiyəyə müxtəlif silahların satışına da embarqolar tətbiq edilir. Və indi də Yunanıstanı rəsmi Ankaraya təzyiq alətinə çevirməyə çalışırlar. O ölkədə yeni hərbi bazalar yaradılır, oraya yeni texnika və silahlar daşınır. Və s. Yəni sanki Türkiyəni NATO-dan uzaqlaşdırmağa hazırlıq görülür. Hərbi-siyasi baxımdan yox, operativ əməliyyat baxımından... Türkiyə buna qədər bölgədə NATO-nun dayağı idi. İndi hesab edirəm ki, əsas ağırlığı Yunanıstanın üzərinə qoymağa çalışırlar”-açıqlamasının davamında bunları söyləyən politoloq qardaş ölkənin belə oyunlara hazır olduğunu da ifadə edib. Sezar pizza
“Bu, Qərbin köhnə bir siyasətidir… Türkiyədə buna “dərin NATO” deyirlər. Çünki hesab edirlər ki, Şimali Atlantika Alyansında anti-Türkiyə siyasətini həyata keçirməyə çalışan hansısa dairələr var. Təbii ki, Türkiyə də bu oyunlara kifayət qədər hazırdır. Mütəmadi olaraq Türkiyənin sırf özünün istehsal etdiyi silah və texnikaların nümayişi haqda məlumatlar yayılır... Və s. və i.a. Bu baxımdan Yunanıstanın fəallaşması uzun prosesin bir həlqəsidir”- deyə politoloq “Təbii ki, Yunanıstan heç bir aspektdən regionda Türkiyəni əvəz edə bilməyəcək” fikrinə də münasibət bildirib.
“Bütün hallarda Qərb çalışacaq ki, orada müasir infrastruktur yaratsın və tətbiq etsin. Xüsusən Yunanıstanın Şərqi Ağdəniz hissəsində... İkincisi, bilirsiz ki, hazırda Rusiya-Ukrayna savaşı fonunda Avropada yanacaq böhranı mövcuddur. Və Türkiyədən gələn qaz boruları, o cümlədən Azərbaycan qazını daşıyan borular artıq bu ölkələri iqtisadi baxımdan bir-birinə bağlayan məsələdir. Bu mənada hesab etmək olar ki, Türkiyə ilə münasibətlərin gərginləşdirilməsi həm də Yunanıstandan kənar hansısa qüvvələrin oyunudur”-deyə keçmiş xarici işlər naziri vurğulayıb.
Telegram kanalımız