Əliyev Rusiyada Paşinyanla niyə görüşmədi?   - “Fürsət vardı ki...“

saytların hazırlanması

Evə çatdırılma

Əliyev Rusiyada Paşinyanla niyə görüşmədi? - “Fürsət vardı ki...“

Siyasət

29 Dekabr 2021 16:40 4337


“MDB liderlərinin Sankt-Peterburq görüşü ilin yekunlarına həsr olunmuşdu. Bu görüş çərçivəsində növbəti ikitərəfli və ya üçtərəfli görüş üçün yaxşı fürsət var idi”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Sosial Tədqiqatlar Mərkəzi”nin baş məsləhətçisi İlyas Hüseynov bildirib.

Siyasi şərhçi Sankt-Peterburq toplantısından əvvəl baş tutan Brüssel görüşünü xatırladıb: Pepperoni pizza

“Nəzərə alınmalıdır ki, Brüsseldə əsaslı məsələlər müzakirə olundu. Nəqliyyat əlaqələrinin bərpa olunması, sərhədlərin delimitasiyası, ərazilərin minalardan təmizlənməsi və digər məsələlərin də Aİ Şurasının prezidenti Şarl Mişelin moderatorluğu ilə müzakirə olunması rəsmi Kremlin nəzərdə tutmadığı bir gedişat idi. Digər tərəfdən, Brüsseldə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş də keçirildi. Bu görüş 2021-ci ildə tərəflər arasında keçirilən ilk təkbətək görüş və bu, tərəflər arasında siyasi dialoqun dərinləşdirilməsi, etimad atmosferinin bərqərar olunması baxımından mühüm addım idi”.

“Sankt-Peterburqda da oxşar görüş üçün yaxşı fürsət vardı ki, Vladimir Putinin vasitəçiliyi ilə baş tutsun. Amma hüquqi sənədin imzalanması protokolda qeyd olunmamışdı. Eyni zamanda, əsaslı problemlər artıq aradan qaldırıldığı üçün görüşün keçirilməsi zərurəti yox idi”, - deyə ekspert əlavə edib.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!