Sayt rəhbəri barədə qərar qüvvədə qaldı

saytların hazırlanması

Evə çatdırılma

Sayt rəhbəri barədə qərar qüvvədə qaldı

Kriminal

17 Oktyabr 2024 11:11 790


Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “bəyaztv.az” saytının rəhbəri Bəhram Rüstəmovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib. Toyuqlu pizza

İttihama görə, B.Rüstəmov müharibə iştirakçısı olan 10 nəfərə yaxın şəxsə əlillik dərəcələrinin alınması və ya əlilliyin bərpası vədi verib. O, həmin şəxslərdən xeyli miqdarda pul alıb. 

Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Göygöl Rayon Şöbəsinin müdiri, Samux rayonu Sərkar kənd musiqi məktəbinin və həmin kənddəki orta məktəbinin direktorları da zərərçəkmiş şəxs qismində tanınıb.

Cinayət materiallarında qeyd edilib ki, sayt rəhbərinin vəzifəli şəxsləri rüsvay etmə hədəsi ilə şantaj edərək pul alıb. 

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq), 178.2.3 və 182.2.2-ci (Xeyli miqdarda dələduzluq, təkrar dələduzluq, hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmədə B.Rüstəmov özünü qeyd edilən əməllər üzrə qismən təqsirli bilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay həbs cəzası verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!