Şanxayda “ölü“ COVID xəstəsi dirildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Şanxayda “ölü“ COVID xəstəsi dirildi - Video

Hadisə

05 May 2022 09:15 187


Şanxayda qocalar evinin yaşlı sakini səhvən ölü sanılıb və cəsəd çantasında meyitxanaya aparılıb.

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, yoldan keçən şəxsin lentə aldığı kadrlardan görünür - "ölü" başı sarı çantadan çıxır. COVID-19-dan qorunma kostyumu geyinmiş xidmət işçiləri də gec də olsa, xəstənin sağ olduğunu anlayır.   

Çinin "Weibo" platformasında çoxları gördüklərini tənqid etdi, xüsusən də Şanxay uzun müddət Çinin ən mütərəqqi və müasir şəhəri hesab edildiyi üçün. Toyuqlu pizza

Əyalət hökuməti hadisəyə becid təpki verərək yaşlı kişinin hazırda vəziyyətinin stabil olduğunu bildirib. Bundan əlavə, mülki işlər şöbəsi və sosial inkişaf şöbəsindən 3 məmur, həmçinin qocalar evinin müdiri işdən çıxarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!