Saray nənənin yeni evi hazır oldu – Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Saray nənənin yeni evi hazır oldu – Fotolar

Rəsmi

19 Mart 2019 12:26 1744


Şamaxıda zəlzələ nəticəsində evi dağılan Saray nənənin yeni evi hazırdır.

“Yeni Sabah” xəbər verir ki, o Novruz Bayramı ərəfəsində artıq yeni evinə köçüb. Ev tam təmir olunub, dövlət rəhbərliyi tərəfindən bütün avadanlıqlarla təchiz olunub.  Ümumu sahəsi 131 kvadratmetr olan 4 otaq tam təmir olunub, otaqlar və mətbəx hər bir əşya, mebel dəstləri ilə təchiz edilib, istilik sistemi qurulub. Hamam kompleksi də daxildədir.

“Azərbaycan” qəzetinin əməkdaşları evdə olarkən Saray nənə deyib: "Yenə çəkirsiniz?! Allah köməyiniz olsun, ay bala. Görürsünüz, İlham oğlumun şəklidi. Qoymuşam düz gözümün qabağına. Hər gün baxıb dua edirəm... Pepperoni pizza

Öncəki səfəri zamanı Mehriban qızımı xəbər almışdım. Demişdi ki, təzə ev tikiləndə o da gələcək. Gəldi də... İkisini bir yerdə gördüm, elə sevindim ki...

Halımı-əhvalımı soruşdu. Dedi ki, İlham oğlum ona məndən çox danışıb. O da məndən ötrü darıxırmış.

Hər ikisi əzizimdi. Allah onları min budaq eləsin, hər ikisinə canım qurban. İndi elə rahatam ki...”

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!