Sarayda evi belə dağıtdılar – Video

saytların hazırlanması

Evə çatdırılma

Sarayda evi belə dağıtdılar – Video

Xalqın səsi

13 Aprel 2019 21:21 1503


Abşeronun rayonunun Saray qəsəbəsində yaşayış evinin sökülməsi ilə bağlı xəbərlərin ardınca həmin anın videosu da yayılıb.

“Yeni Sabah” xəbər verir ki, videoda icra məmurlarının göstərişi ilə ekskavator evin divarlarını dağıdır. Evi bağına uçurulan qadının isə əlacı yalnız qarğış etməyə qalır: “Səni xarabana sağ-salamat getməyəsən!”.

Ev bir anda yerlə yeksan edilir. Dominos pizza

Qeyd edək ki, ev sahibi bildirib icra hakimiyyətinin nümayəndəsi Hilal Nəcəfov ondan 15 min manat rüşvət tələb edib, vermədikdə isə ev dağıdılıb: “Mənə dedilər ki, bu pullar Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə bölüşüdürüləcək”.

Abşeron rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən ev məhkəmənin qərarı ilə sökülüb. "Abşeron rayon İcra Hakimiyyətinin başçısı ev uçurtmur. Dövlətin qanunları var. O qanunların icrasını isə məhkəmə icraçıları həyata keçirir. Bu məsələ ilə bağlı da məhkəmənin qərarı var”.  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!