Abşeronda iranlı narkobaronun qoyduğu narkotiki götürən şəxs tutulub.
Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, hadisə fevralın 3-də Saray qəsəbəsində qeydə alınıb.
Axundzadə Asif Azər oğlu “Barat” adlı İran vətəndaşı ilə qabaqcadan əlbir olub həmin gün saat 01 radələrində “Barat”ın Saray qəsəbəsi ərazisində qoyduğu yaşıl rəngli sellofanda külli miqdarda marixuana, heroin və metamfetamini götürərək qanunsuz olaraq əldə edib daşıyıb. Asif Axundzadə eləmin gün saat 02 radələrində Saray qəsəbəsi ərazisində saxlanılıb.
O, Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
İstintaq davam edir.
Telegram kanalımız