“Sabah” Topaz Premyer Liqasının 22-ci turunda “Qəbələ” ilə oyunundakı hakim qərarları ilə bağlı AFFA İntizam Komitəsinə müraciət edib.
“Yeni Sabah” məsələ ilə bağlı futbol mütəxəssisi Şahin Diniyevin mövqeyini öyrənib. O, açıqlamasında bu qərarın oyuna təsir etdiyini və “Sabah”ın haqlı olaraq qələbə qazanmasına mane olduğunu söyləyib:
“Hakimlərin idarəetməsinə müdaxilə edə bilmərəm. Sarı vərəqələrlə bağlı deyə bilərəm ki, birinci epizodda-Coşqunun epizodunda penalti var idi, sarı vərəqə də yersiz idi. Bunu futbolla maraqlanmayan adam da deyə bilər. Kərimin epizodunda isə, sarı verməyə bilərdi. Deməzdim ki, bunu qəsdən etdi. Çünki hakim də insandı, səhv edə bilər. Hakimlik bir şey yoxdu, amma bu oyunun nəticəsinə təsir edən bir qərar oldu. Sezar pizza
Penalti verilsəydi, “Sabah” uda bilərdi. Ümumilikdə “Sabah” qəbələyə daha yaxın idi. Həmin gün “Qəbələ” öz yaxşı oyununu oynaya bilmədi”.
Ş.Diniyev Kərim və Coşqun Diniyev qardaşlarının oyunu haqqında da fikir bildirib: “Kərim “Sabah”a gələndən stabil oyun nümayiş etdirir. Coşqun isə “Qarabağ”dan sonra yavaş-yavaş formasını yığmağa başlayıb”.
Qeyd edək ki, “Qəbələ” – “Sabah” matçı qolsuz bərabərliklə başa çatıb.
Naibə Məmmədova
Telegram kanalımız