Sarıyerdə Bəxtiyar Vahabzadənin barelyefi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Sarıyerdə Bəxtiyar Vahabzadənin barelyefi açıldı

Mədəniyyət

07 Oktyabr 2025 17:30 443


İstanbulun mərkəzi Sarıyerdə Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefinin açılışı olub.

Yenisabah.az xəbər verir ki, abidənin açılış mərasimində Azərbaycanın İstanbuldakı baş konsulluğu, Türkiyədə fəaliyyət göstərən dövlət qurumları və bələdiyyənin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə İstanbuldakı baş konsulumuz Nərminə Mustafayeva da çıxış edib. pizza hut

Çıxışında layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını ifadə edən XİN nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev bu əsərin böyük tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Barelyefin müəllifi, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyevdir. 

Sarıyer bələdiyyəsinin sədri Mustafa Oktay Aksu isə barelyefin açılışının məhz onun rəhbərliyi dövrünə düşməsindən fəxr etdiyini bildirərək Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizidir” kəlamlarını misal çəkib.

Sonda barelyefin açılışı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!