Sarkisyan istintaqda dindirildi

saytların hazırlanması

Evə çatdırılma

Sarkisyan istintaqda dindirildi

Dünya

04 Fevral 2019 22:28 1086


Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Xüsusi İstintaq Təcridxanasında bir neçə saat dindirilib.

"Yeni Sabah" xəbər verir ki, o, 2008-ci il martın 1-də İrəvanda baş vermiş qırğına görə sorğu-sual olunub.

Sarkisyanın nədə ittiham edildiyi məlum olmasa da, dindirilmənin davam edəcəyi bildirilib. pizza mizza

Xatırladaq ki, Serj Sarkisyan həmin il keçirilmiş seçkilərdə qalib gələrək prezident postunu tutub.

Qeyd edək ki, 2008-ci il martın 1-də İrəvanda keçirilmiş dinc aksiyada iştirak edənlərə odlu silahlardan atəş açılıb. Bu əmri verməkdə ittiham olunan keçmiş prezident Robert Köçəryan həbs edilib.

Keçmiş korpus komandiri Yuri Xaçaturov barəsində isə müvafiq ittihamla cinayət işi açılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!