Sarkisyan Qarabağa gəlməkdən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Sarkisyan Qarabağa gəlməkdən imtina etdi

Dünya

12 Mart 2019 17:45 1028


Ermənistan Prezidenti Armen Sarkisyan martın 12-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərində keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasına qatılmaqdan imtina edib. 

Bu barədə ölkənin Prezident Aparatının ictiamaiyyətlə əlaqə idarəsindən bildirilib. 

Məlumata görə, A.Sarkisyana tədbirdə iştirakla bağlı dəvət martın 11-də gecə saatlarında çatdırılıb: “Ancaq texniki səbəblərə görə Prezident Təhlükəsizlik Şurasının iclasında iştirak etməyəcək”. pizza mizza

Qeyd edək ki, martın 11-də Ermənistanın Baş naziri Nikol Paşinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan və milli təhlükəsizlik xidmətinin başçısı Artur Vanetsyan Dağlıq Qarabağa gəliblər. Bu gün Xankəndi şəhərində N.Paşinyanın sədrliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək.

Mütəxəssislər A.Sarkisyanın tədbirə gec dəvət edilməsini baş nazirlə prezident arasında inamsızlıqla əlaqələndirirlər.

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!