“Sarkisyanın istefası arxasında Paşinyanla sövdələşmə durur“   - Ermənistanda nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

“Sarkisyanın istefası arxasında Paşinyanla sövdələşmə durur“ - Ermənistanda nə baş verir?

Siyasət

24 Yanvar 2022 10:52 2014


Ermənistan prezidenti Armen Sarkisyanın xaricdə istefası birmənalı qarşılanmayıb. Bu istefa müxtəlif fərziyələr doğurub.

Yenisabah.az-a danışan siyasi şərhçi Natiq Mirinin fikrincə, Sarkisyanı "Rusiyanına adamı" saymaq olmaz:

“Çünki Armen Sarkisyan xaricdə, xüsusən də Fransada geniş əlaqələri olan bir adamdır. Sadəcə onun Ermənistanda siyasi perspektivi qalmamışdı. Buna görə də, eks-prezident bizneslə məşğul olmaq barədə qərar verib. pizza

Həmçinin, o, Nikol Paşinyanla da anlaşa bilər. Çünki artıq Nikol Paşinyan Konstitusiyanın dəyişdirilməsi üçün komissiya yaradıb və bu yöndə işlər görülür. Gələcək perspektivdə prezident üsul-idarəsinin yenidən tətbiq olunması ilə bağlı Konstitusiyada müddəalar olacaq. Bu halda Armen Sarkisyana da Ermənistanın siyasi sistemində yer qalmır. Ona görə də, bu, birbaşa sövdələşmə hesab oluna bilər.

Yəqin ki, Nikol Paşinyan səlahiyyətli bir prezident olmaq istəyir. O, müxalifəti əzməklə hakimiyyətini cəmiyyətdə daha dərin qatlara nüfuz etdirmək istəyir. Çünki Ermənistandakı bir çox köklü problemləri həll etmək üçün revanşist və müxalif qüvvələri birdəfəlik aradan qaldırmaq lazımdır”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Fondaki erməni bayraqı studiyada müsahibə verən adamın arxasında divarda ne niyyətiniz var kanal 13?
    4 years ago