Şarl Mişel: “Azərbaycan və Ermənistan liderlərinin görüşünü səbirsizliklə gözləyirik“

saytların hazırlanması

Evə çatdırılma

Şarl Mişel: “Azərbaycan və Ermənistan liderlərinin görüşünü səbirsizliklə gözləyirik“

Siyasət

30 May 2023 14:37 593


“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moldovanın paytaxtı Kişineuda keçiriləcək görüşü səbirsizliklə gözləyirik”.

Yenisabah.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

O bildirib ki, bu görüş tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləmək və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq üçün vacibdir. pizza sifarişi

Ş.Mişelin sözlərinə görə, rəsmi Bakı ilə Qarabağdakı erməni icması arasında dialoq indi mühüm əsəmiyyət kəsb edir: “Hədəf dialoq olmalıdır. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxt lazımdır. Cəsarətli qərarlara ehtiyac var”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!