İyunun 1-də Avropa İttifaqının daimi nümayəndələri Rusiyaya qarşı yeni sanksiyalar paketi üzrə sazişlərin hüquqi qeydiyyatı ilə məşğul olacaqlar.
Yenisabah.az xəbər verir ki, bunu Avropa Şurası İttifaqının rəhbəri Şarl Mişel bildirib.
Brüsseldə keçirilən sammitin birinci gününün yekunlarına əsasən, Aİ liderləri Rusiya Federasiyasına qarşı dəniz yolu ilə neft tədarükünə təsir edəcək qismən neft embarqosunun tətbiqi ilə bağlı siyasi razılığa gəliblər. Marqarita pizza
Kəmərlə gələn neft yeni sanksiyalar paketinə daxil edilməyəcək. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin sözlərinə görə, 2022-ci ilin sonuna qədər Aİ Rusiya neftinin idxalının demək olar ki, 90%-dən imtina edəcək.
Ş. Mişel Aİ sammitinin birinci gününün yekunları üzrə mətbuat konfransında deyib: "Daimi Nümayəndələrə iyunun 1-də razılıq əldə edilən siyasi prinsiplərin həyata keçirilməsi üçün hüquqi həll yolu hazırlamaq tapşırılıb".
O, həmçinin izah edib ki, təkcə Macarıstan deyil, dənizə çıxışı olmayan digər Aİ ölkələri də kəmərlə gələn nefti ala biləcəklər.
Eyni zamanda, Ş. Mişel əlavə edib ki, bu, müvəqqəti istisnadır və Aİ ölkələri bu məsələyə yenidən baxacaqlar.
Rusiyaya qarşı sanksiyaların altıncı paketi hələ də Aİ Şurası tərəfindən nazirlər səviyyəsində rəsmi əlaqələndirmə və təsdiqləmə prosedurundan keçməlidir. Tarixi hələ açıqlanmayan sənəd rəsmi jurnalda dərc edildikdən sonra qüvvəyə minəcək.
Aİ ölkələri Ukraynadakı vəziyyətə görə Rusiya Federasiyasına qarşı ardıcıl olaraq beş sanksiya paketi tətbiq ediblər. Aİ-nin altıncı paketinin qəbulu bir sıra ölkələrin, xüsusən də Macarıstanın neft alışından tamamilə imtina etməsini dəstəkləməkdən imtina etdiyi üçün ləngidi.
Telegram kanalımız