Satıcını zorlamaq istədi, fikrini dəyişib kassanı soydu –   Bakıda dəhşət

saytların hazırlanması

Evə çatdırılma

Satıcını zorlamaq istədi, fikrini dəyişib kassanı soydu – Bakıda dəhşət

Kriminal

09 Sentyabr 2019 11:49 1070


Bakıda köşk satıcısı zorakılığın qurbanı olmaqdan son anda qurtulub.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Oxu.az-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib. 

Məlum olub ki, cinayət sentyabrın 8-də baş verib. 1987-ci il təvəllüdlü paytaxt sakini Lalə Abbaszadə Zığ şossesi yaxınlığındakı bir nömrəli binada yerləşən köşkə işə gələrkən, səhər saat 10-da hücuma məruz qalıb. Marqarita pizza

Naməlum kişi köşkə girib və əlindəki bıçağı qadının boğazına dirəyərək, onu zorlamaq istəyib. Ancaq qurbanının müqaviməti ilə rastlaşan cinayətkar qorxub və fikrini dəyişərək, qadından pulları tələb edib. 

Qadın kassada olan 650 manat pulu qarətçiyə verib. Daha sonra kişi hadisə yerindən uzaqlaşıb. Bir müddət sonra cinayətkar saxlanılıb. 

Saxlanılan şəxs əvvəllər oğurluq, xuliqanlıq və qanunsuz dövriyyə ilə bağlı cinayətlərə görə məhkum olunmuş 1973-cü il təvəllüdlü Məmmədov Vaqif Əbdülxalıq oğlu olub. 

V.Məmmədova qarşı Cinayət Məcəlləsinin 181-ci maddəsi (qarət) ilə cinayət işi başlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!