Saxta yuyucu vasitələr xərçəng yaradır - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Saxta yuyucu vasitələr xərçəng yaradır - Açıqlama

Sağlamlıq

27 Oktyabr 2019 17:40 2187


Bakıda saxta yolla bir çox yuyucu vasitələri hazırlayan sexlərin olması meydana çıxdı. Sözügedən sexlər yuyucu vasitələri saxta üsulla hazırlayaraq, marketlərdə satışa çıxarırlar.

Maraqlıdır, bu yuyucu tozun insana mənfi təsiri ola bilərmi?

"Yeni Sabah" xəbər verir ki, mövzu ilə bağlı "Lent.az"ın suallarını cavablayan allerqoloq Asif Quliyev bildirib ki, saxta yuyucu tozlar xərçəng xəstəliyinin yaranmasına qədər gətirib çıxara bilər: Dominos pizza

“Saxta yuyucu vasitələr kimyəvi maddələrdən hazırlanır. Bu vasitələrin tərkibində olan maddələr insan bədəni il təmasda olarkən daxilə sorula bilir. Bu zaman orqanizm kimyəvi maddələrlə mübarizəyə məruz qalır və immun sistemi zəifləyir. Orqanizm gücünü itirir və xəstəliklər qarşısında aciz qalır. Bilirsiniz ki, xərçəng xəstəlikləri hazırda geniş yayılıb. Məsələn, döş xərçəngi, ginekoloji, prostat, ağciyər və s. Bu saxta vasitələrlə yuyulan paltarlar dəri və selikli qişa ilə təmasda olan zaman insan xəstəliyə məruz qala bilər. Paltarların yuyulması üçün istifadə olunan saxta yuyucu vasitələrin tərkibində olan kimyəvi maddələr xərçəng yaradır. Bundan başqa , həssas dərisi olan insanlarda dermatit xəstəliyə və müxtəlif allergik reaksiyalara səbəb olur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!