Sayılı günlər qaldı: Çimərliklər mövsümə hazırdır? - Video

saytların hazırlanması

Evə çatdırılma

Sayılı günlər qaldı: Çimərliklər mövsümə hazırdır? - Video

Sosial

09 İyun 2025 20:41 870


Çimərlik mövsümünün başlamasına cəmi bir həftədən az vaxt qalıb.

Yenisabah.az Xəzər TV-yə istinadən məlumat verir ki, Bakı və ətraf bölgələrdəki dənizkənarı istirahət mərkəzləri hazırlıqları yekunlaşdırmaq üzrədir.

İstirahət məkanının administratoru İbrahim Novruzov bildirib ki, hazırlıqları 2 aya yaxındır davam edir. Pepperoni pizza

Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də əraziyə giriş və dənizə çıxış tamamilə ödənişsizdir.

Çimərlikdə xidmətlərlə yanaşı, restoran və kafe zonalarında da qiymətlər stabil saxlanılıb. İstirahət mərkəzinin əməkdaşı yemək qiymətlərində artımın olmadığını deyir.

Qeyd edək ki, çəkiliş apardığımız istirahət mərkəzlərində təmizlik, təhlükəsizlik və xidmət səviyyəsi ilə bağlı müvafiq qurumların monitorinqi davam edir. Rəsmi çimərlik mövsümü isə iyunun 15-də açılacaq.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!