Sayman Aruz diplom satması ilə bağlı ittihamlara cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

Sayman Aruz diplom satması ilə bağlı ittihamlara cavab verdi

Mədəniyyət

01 Sentyabr 2020 21:58 1601


“Onların məni diplom satmaqda ittiham etməsi əsassızdır”

Yenisabah.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında şair Sayman Aruz deyib. O, saxta diplom satmasıyla bağlı ittihamların əsassız olduğunu bildirib:

“İyunun 20-də Axar.az saytının ərəb əlifbası bölümündə möhtərəm prezidentimizin əleyhinə yönəlik yazı paylaşıldığına görə mən o yazıya etirazımı bildirdim. Bundan sonra kollektivin qəzəbinə tuş gəldim. Saytın rəhbəri Anar Niftəliyev mənim şərəf və ləyaqətimə yönəlik şər-böhtan xarakterli sözlər dediyinə görə onu məhkəməyə vermişəm. Dünən birinci prosesimiz baş tutdu və onlar məhkəmənin qisasını almaq üçün haqqımda bu cür yazılar yazırlar. A.Niftəliyev məni agent, xarici kəşfiyyata işləməkdə ittiham edirdi. Ona görə də mən də Azərbaycanda ədalət məhkəməsinə inandığım üçün məhkəməyə müraciət etdim. Onların məni diplom satmaqda ittiham etməsi əsassızdır. Mən heç kimə nə diplom satmamışam və nə də kimdənsə üzvlük haqqı almamışam. Mən bu dəfə belə bir yazıya görə ikinci dəfə məhkəməyə müraciət edəcəm. Bunlar artıq Azəbaycan Yazıçılar Birliyinə toxunurlar və yəqin ki, bizim buna rəsmi cavabımız da olacaq”. pizza

Qeyd edək ki, Axar.az saytı Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin müdiri, şair Sayman Aruzun 150 manata saxta diplom satdığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!