Saytlara giriş problemi haqda RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Saytlara giriş problemi haqda RƏSMİ AÇIQLAMA

Rəqəmsal

18 Noyabr 2025 16:58 1401


"Hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem müşahidə olunur. Bu nasazlıq nəticəsində ölkəmizdə də bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə əlçatanlıq məhdudlaşıb".

“Yeni Sabah” xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin (ETX) yaydığı açıqlamada deyilir.

"Bir daha qeyd edirik ki, yaranmış problem lokal infrastruktur və ya milli internet şəbəkəsi ilə bağlı deyil. Çətinlik birbaşa "Cloudflare"in beynəlxalq şəbəkəsində baş verən texniki nasazlıqdan qaynaqlanır və bütün dünyada çoxsaylı istifadəçilərə təsir göstərir. Dominos pizza

Məlumat üçün bildirək ki, nasazlıqla bağlı "Cloudflare" də açıqlama yayıb. Açıqlamaya görə, şirkət hazırda bir neçə müştəriyə təsir edən qlobal səviyyəli nasazlığı araşdırır və aradan qaldırılması istiqamətində iş görür", - məlumatda bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!