“Səbail” baş məşqçisi ilə yollarını ayırdı

saytların hazırlanması

Evə çatdırılma

“Səbail” baş məşqçisi ilə yollarını ayırdı

İdman

27 Noyabr 2025 19:56 1228


Azərbaycan I Liqa təmsilçisi "Səbail" futbol klubu baş məşqçisi Elvin Məmmədovla yollarını ayırıb.

"Yeni Sabah" kluba istinadən xəbər verir ki, qərar İdarə Heyətinin iclasından sonra qəbul edilib.

Toplantıda İdarə Heyətinin üzvləri ilə yanaşı, klubun məşqçi heyəti də iştirak edib və mövsümün əvvəlindən bu günə qədər keçirilmiş oyunların nəticələri müzakirə olunub. pizza mizza

İclasda baş məşqçi Elvin Məmmədovun hesabatı dinlənilib. Toplantının sonunda Elvin Məmmədovun istəyinə əsasən baş məşqçi və köməkçiləri ilə klub arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İdarə Heyəti məşqçilərə göstərdiyi xidmətlərə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, "Səbail" bu gün I Liqanın IX turunda doğma meydanda "Cəbrayıl" kollektivinə 0:2 hesabı ilə uduzub. "Dənizçilər" 23 xalla I Liqanın lideri olan "Şəfa"dan 5 xal geri qalaraq ikinci sırada yer alıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!