Səbail yolları yenilənir

saytların hazırlanması

Evə çatdırılma

Səbail yolları yenilənir

Sosial

11 Aprel 2019 15:57 806


Səbail rayonu üzrə yol infrastrukturunun yenidən qurulması və yenilənməsi istiqamətində genişmiqyaslı tədbirlər görülür.

AAYDA-dan "Yeni Sabah"a verilən məlumata görə, ilkin mərhələdə təmir-tikinti işləri yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı və çınqıl örtüklü küçə və yolarda aparılır. Təbii ki, birinci növbədə ümumi istifadədə olan küçə və yollardan söhbət gedir.

Səbail rayonu üzrə bu cür yollardan biri Elçin Əzizov küçəsidir. Küçə rayonun “20-ci yaşayış sahəsi”ndə yerləşir və bu ərazidə yaşayan əhalinin əsas istifadə etdiyi yollardan biridir. Küçə uzun illərdir ki, istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmiri həyata keçirilməmişdi. Bu üzdən təmir-tikinti işlərinə start verilməsi əhalinin ürəyincə olub. Elçin Əzizov küçəsinin uzunluğu 1 km-ə, eni isə 6 metrə bərabərdir. Təmir-tikinti işlərinin aparıldığı sahə 6 min kv.m-ə yaxındır. pizza sifarişi

Təmir-tikinti işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib. Bunun ardınca layihədə nəzərdə tutulmuş qarışıqlardan istifadə olunmaqla yeni yol əsası inşa edilməklə küçə profilə salınıb. Hazırda isə küçə boyu asfaltlanma işlərinə start verilib. İri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilməklə 6 min kv.m-ə yaxın ərazinin asfaltlanması nəzərdə tutulub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!